Türkiyənin müdafiə sənayesindəki irəliləyişləri Çində yaxından izlənilir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Çində çıxan və Müdafiə Nazirliyinə məxsis olan "Ordu" qəzeti Türkiyə PUA-ları və gəmiləri ilə bağlı məqalə dərc edib.
Məqalədə bu ilin oktyabr ayında Türkiyə PUA-larının və yeni dəniz gəmiərinin möhtəşəm sınaqlarına geniş yer verilib: "Bu sınaqlar öz sahələri üzrə bir ilk olub. Türkiyə çox sürətlə müdafə sənaye sahəsini inkişaf etdirir. Artıq dünyanın qabaqcıl ölkələri Türkiyə sənayesinə, xüsusilə PUA-larına böyük maraq göstərirlər..."
Məqalədə o da vurğulanıb ki, son illər Türkiyənin dəniz və hava hücumu istiqamətində imkanları geniş və təsirli səviyyəyə yetişib.
Firudin Səfərli
MİA.AZ