"Şimali Koreya bu ay yeni qitələrarası nüvə silahını sınaqdan keçirə bilər".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Təhlükəsizlik müşaviri Kim Tae-hyo ABŞ-da jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, qonşularının təxribat xarakterli əməlləri ilə bağlı Vaşinqtonda birgə müzakirə apracaqlar: "Şimali Koreyanın dekabr ayında qitələrarası nüvə raketlərini yenidən hazırlıq səviyyəsinə gətirməsi və yeni sınaqlara hazırlaşması xoş deyil. Bu təhdidlər aradan qaldırılmalıdır".
Firudin Səfərli
MİA.AZ