Bəluc silahlıları İranın cənub-şərqində polis məntəqəsinə hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hücum nəticəsində 11 nəfər həlak lub.
İran dövlət televiziyasının xəbərinə görə, Bəluc silahlıları İranın cənub-şərqində polis məntəqəsinə hücum edərək 11 təhlükəsizlik əməkdaşını öldürüb, çoxlu sayda insanı yaralayıb.
Dövlət mediası əlavə edib ki, “Ceyş əl-Ədl” qruplaşmasının bir neçə üzvü də yoxsul Sistan-Bəlucistan əyalətinin Rask şəhərində baş verən qarşıdurmalarda öldürülüb.
Məlumatda deyilir ki, uzun müddətdir təhlükəsizlik qüvvələri ilə sünni yaraqlıları, eləcə də narkotik alverçiləri arasında bu bölgədə tez-tez toqquşmalar baş verir.
Etnik azlıq olan bəlucilərin təmsilçisi “Ceyş əl-Adl” silahlı qruplaşması son illərdə əyalətdə İran təhlükəsizlik qüvvələrinə qarşı bir neçə hücumun məsuliyyətini öz üzərinə götürüb.
Firudin Səfərli
MİA.AZ