Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov Siyəzən rayon Regional Müalicə Diqanostika Mərkəzinə baş həkim təyin olunub.

Bu barədə Movqe.az-a D. Hümbətovun özü məlumat verib. Hazırda işdə olduğunu söyləyən D. Hümbətov dörd-beş gündür ki, bu vəzifəni icra etdiyini söyləyib.

D. Hümbətovun nazirlikdəki boş qalan yerinə Təranə adlı xanım təyin edilib.