Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən saxlanılan fələstinlilərin sayı 4 minə çatıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatına bağlı Fələstin Məhbus İşləri Komitəsi, Fələstin Məhbus Dərnəyi və Fələstində yerləşən Ed-Damir Məhbus və İnsan Hüquqlarını Müdafiə Təşkilatı birgə yazılı açıqlama yayıblar.
Açıqlamaya görə, İsrail qüvvələri oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 4 min fələstinlini nəzarətə götürüb: "Saxlanılanların 1000-i İordan çayının qərb sahilində yerləşən Hebron şəhərindəndir. Onların arasında 150 qadın və 255-dən çox uşaq var. Qalanları isə Şərqi Qüdsdə tutulublar..."
Firudin Səfərli
MİA.AZ