Hizbullah Hərəkatı Livan sərhədindən İsrail sərhədindəki 4 hərbi nöqtəyə zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşmaya istinadla Livan mətbuatı yazıb.
Bildirilib ki, 4 hərbi nöqtəyə “Burkan raketi” və müvafiq silahlarla hücum təşkil olunub: "İsrailin Bəhri, Şumira və Ramyadakı hərbi məntəqələrindəki hədəflər dəqiqliklə məhv edilib".
Xatırladaq ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 101 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
Firudin Səfərli
MİA.AZ