Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı noyabr ayında əvvəlki aya görə gündəlik 57 min barrel azaldığını elan eidb

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, noyabr ayında təxminən 27 milyon 840 min barrelə qədər geriləmə yaranıb.

OPEC-in aylıq neft bazarı hesabatına görə, noyabr ayında xam neft hasilatı ən çox artan ölkələr Venesuela, Liviya və Küveyt, ən çox azalan ölkələr isə İraq, Anqola və Nigeriya olub.

Gündəlik neft hasilatı Venesuelada 23 min barel, Liviyada 21 min barel, Küveytdə isə 19 min barel artıb.

Hasilat İraqda 77 min barel, Anqolada 37 min barel, Nigeriyada 17 min barel azalıb.

Noyabrda OPEC-in xam neft hasilatının qlobal hasilatdakı payı 27,4 faiz olaraq qeydə alınıb.

OPEC-ə daxil olmayan ölkələrin hasilatı eyni dövrdə gündəlik təxminən 400 min barel artaraq təxminən 73 milyon 900 min barelə çatıb.

Hasilat isə Rusiya və Qazaxıstanda azalıb.

Hesabatda bu il üçün qlobal neft tələbi proqnozu dəyişməyib. 

Müvafiq olaraq, bu il qlobal neft tələbinin keçən ilə nisbətən 2,5 milyon barel artaraq 102,1 milyon barrelə çatacağı təxmin edilir.

Çinin iqtisadi proqnozunda gözlənilən yaxşılaşmanın gələn il qlobal iqtisadi artımda lokomotiv rol oynayacağı və qlobal neft istehlakının artacağı proqnozlaşdırılır.Buna uyğun olaraq qlobal neft tələbatı gündəlik 2,2 milyon barel artaraq təxminən 104,4 milyon barrelə çatacaq. barel olacağı gözlənilir.

Gələn il OECD ölkələrində tələbatın gündəlik 300 min barrel artaraq təxminən 46 milyon 100 barrelə, OECD üzvü olmayan ölkələrdə isə gündəlik 1,9 milyon barrel artaraq təxminən 58,3 milyon barrelə çatacağı təxmin edilir.

Çin, digər Asiya və Yaxın Şərq ölkələri, eləcə də Hindistan və Latın Amerikası ölkələrində iqtisadi və istehsal fəaliyyətlərində artan sürətin və nəqliyyat fəaliyyətlərindəki yaxşılaşmanın tələbin artmasına dəstək olacağı təxmin edilir.

Neft məhsulları baxımından təyyarə yanacağı, benzin və dizeldən ibarət nəqliyyat yanacaqlarının tələbatın artmasına səbəb olacağı gözlənilir. Bundan əlavə, neft-kimya xammalından istifadənin artmasının tələbin artmasına dəstək verəcəyi gözlənilir. .

Lamiyə ƏHMƏDLİ

MİA.AZ