Oktyabrın 8-dən etibarən Qəzzadan 1047 Türkiyə vətəndaş təxliyə edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, oktyabrın 8-dən bu yana 1047 Türkiyə vətəndaşı, o cümlədən Şimali Kipr vətəndaşları və onların qohumları Qəzzadan təxliyə olunub: "Təxliyə edilənlər Misirdə diplomatlarımız tərəfindən qarşılanaraq Qahirəyə, oradan da hava yolu ilə İstanbula gətiriliblər”.
Firudin Səfərli
MİA.AZ