Oktyabrın 7-dən bu yana İsrailin hücumlaır nəticəsində Qəzzada ölən uşaqların sayı 8 mini keçib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu statistik məlumatı Fələstin hökuməti yayıb.
Məlumatda İsrailin hücumları nəticəsində Qəzzada indiyədək ən azı 8 mini uşaq, 6 min 200 qadın olmaqla 18 min 412 adamı öldüyü qeyd olunub: "İndiyədək 50 min 100 nəfərdən çox yaralı var, 7 min 700 adam itkin düşüb. Qeyd edək ki, ölənlər arasında 300 səhiyyə işçisi, 32 mülki müdafiə zabiti və 86 jurnalist də var..."
Hesabatda oktyabrın 7-dən bu yana 254 min evə ziyan dəydiyi, onlardan 52 min 500-nün tamamilə dağıldığı bildirilib: "Bununla belə, Qəzza zolağında 22 xəstəxana və 110 sağlamlıq mərkəzi, həmçinin 102 təcili yardım məntəqəsi, 277 məktəb, 126 ictimai obyekt, 110 məscid, 3 kilsə yararsız hala salınıb".
Firudin Səfərli
MİA.AZ