"MKE Ankaragücü" Klubunun prezidenti Faruk Koca tutduğu vəzifədən istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsində paylaşım olub.

Son matçda hakimi yumruqladığına görə tutulan klub prezidenti vəkili vasitəsilə vəzifəsindən istefa verdiyini elan etməklə yanaşı, döydüyü hakim Halil Umut Meler və ailəsindən üzr istəyib.

İstefa məktubunun tam mətni ilə aşağıda tanış ola bilərsiniz:

Fərid

MİA.AZ