"Emre Belözoğlu istefa verməyib".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "MKE Ankaragücü" klubu bəyanat yayıb.
Klubdan bildiirlib ki, baş məşqçi Emre Belözoğlunun istefası barədə yayıaln xəbər yalandır.
Xatırladaq ki, "MKE Ankaragücü" - "Çaykur Rizespor" matçında klub prezidenti Faruk Koca hakim Xəlil Umut Meləri döyüb.
Əmrə Belözoğlu bu hadisədən sonra azarkeşlərin yanına gedərək "Baş verən hadisələrə görə çox üzgünəm. Sizə söz verdiyim kimi, mövsümün sonuna qədər komandanın başında qalacağam. Mübarizəmizi davam etdirəcəyik" deyib.
Lakin az əvvəl onun istefa verdiyi haqda xıbər yayılıb.
Fərid
MİA.AZ