Bu
vəsait dəmir yollarının genişləndirilməsi, yeni yolların salınması və
mövcud yolların yenidən qurulması, yeni hava limanlarının tikilməsi,
yeni hava gəmilərinin alınması, bir sözlə, nəqliyyatın bütün sahələrinə
yatırılıb.
"APA-Economics”in xəbərinə görə,
bunu Bakı Ekspo Mərkəzində XIII beynəlxalq nəqliyyat, tranzit və
logistika (TransCaspian 2014) IV Xəzər Beynəlxalq Yol infrastrukturu və
İctimai nəqliyyat (Road and Traffic 2014) sərgilərinin açılışında çıxış
edən nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Onun
sözlərinə görə, son 10 ildə ölkədə 9 mindən artıq avtomobil yolu
qurulub və yenidən bərpa olunub.
Nazir müavini
nəqliyyat sektorunda layihələr həyata keçirilməsində nüfuzlu beynəlxalq
şirkətlərin də iştirak etdiyini vurğulayaraq, onların da ölkənin bu
sektoruna öz töhfələrini verdiklərini bildirib.
M.
Pənahov bildirib ki, artıq Azərbaycan şirkətləri də xaricdə nüfuz
qazanıb və digər ölkələrdən də daha fəal şəkildə layihələrdə iştirak
edirlər.
Xatırladaq ki, 2002-ci ildən
nəqliyyat naziri Ziya Məmmədovdur.