Türkiyə Şırnakda neft hasilatını artırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Neft Anonim Ortaqlığı (TPAO) məlumat paylaşıb.
Məlumatda deylir ki, Şırnakın Qabar dağı bölgəsindəki Şehit Esma Çevik və Şehit Aybüke Yalçın yataqlarında açılan cəmi 23 quyuda gündəlik 30 min barrel neft hasilatı əldə edilib: "Hədəfimiz ilin sonuna 2023-cü ildə gündəlik 35 min barel neft, 2024-cü ilin sonu üçün isə gündəlik 100 min barrel neftdir. Bu uğur ölkəmizin enerji müstəqilliyi istiqamətində möhkəm addımların nəticəsidir. Qürurla paylaşırıq".
Lamiyə Əhmədli
MİA.AZ