Bu mövsüm Super Liqada çətin anlar yaşayan və son turda doğma meydanda "Fənərbağça"ya uduzan "Beşiktaş"da yola salınacaq oyunçularla bağlı qərar verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu son 4-5 həfətdir tənqid hədəfinə çevrilən hücumçu Vinsent Aboubakarla yollarını ayıracaq: "Artıq onunla bağlı qəti qərar verilib".

Türkiyə mətbuatı yazır ki, məşqçi Rıza Çalımbay zədəsi olmasa da, onu "Fənərbağça" ilə oyunda e4htiyatda  buna görə saxlayıb: "Onunla yanaşı, qış transfer pəncərəsində komandadan azı 8 oyunçu göndəriləcək".

Məlumatda o da deyilir ki, hazırda klub rəhbərliyinin  qərarı ilə Vincent Abubakarla yanaşı, Valentine Rosier, Eric Bailly, Rachid Ghezzal və Jean Onana zəif performans heyətdən kənarlaşdırılıblar.

Onu da qeyd edək ki, bu mövsüm "Beşiktaş"ın heyətində 22 rəsmi oyuna çıxan Vinsent Aboubakar 11 qol vurub, 3 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ