Hakim Halil Umut Melərin "MKE Ankaragücü" Klubunun prezidenti Faruk Kocanın yumruqlanması Türkiyə mediasının əsas gündəminə çevrilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, hadisədən sonra futbol hakimliyi ilə vidalaşdığını açıqlayıb.

Bu barədə iddiaları Türkiyə Furtbol Federasiyasının Mərkəz Hkaimlər Komitəsinin sabiq rəhbəri Ali Kunak təsdiqləyib: "Bəli, hadisədən sonra onu xəstəxanada ziyarət etdim. Meler çox qətiyyətlə dedi ki, "bu iş bitdi, məndən bu qədər. Daha hakimlikdə və futbolda yoxam". Mən də ona məsləhət elədim ki, İzmirə dönəndə ailənlə düşün, daşın, sonra qərar ver. Tələsmə, yəni.  onları sakitləşdirməyə çalışdıq. O, hadisədən hələ də şokdadır...".

Xatırladaq ki, "MKE Ankaragücü" Klubunun prezidenti Faruk Koca 1:1 hesablı heç-heçə etdikləri "Çaykur Rizespor" matçından sonra meydanda hakim Halil Umut Meləri yumruqlayıb.

Fərid ASLAN

MİA.AZ