Tanınmış yazar Nuridə Atəşi Xalq artisti, bəstəkar Faiq Sücəddinovun "bostanına daş atıb".

Mia.az xəbər verir ki, N.Atəşi sosial media hesabında belə yazıb: 

"Daha bir fakt: 1993-lər. Həyat yoldaşım Qarabağda döyüşür. Uşaqlarıma əkmək belə alacaq param yox.Qızıl qəfəsdə məhbəs həyatı yaşayıram. Xəstə qızıma ölüm hökmü oxunub. Faiq Sucəddinov “Neylərsən”, “ Darıxmışam”, “Unuda bilməyəcəksən” kimi çoxlu sayda Hit olacaq sözlərimə yazdığı mahnıları dollarla İlhamə Quliyevaya və müxtəlif müğənnilərə satır, ölkədə məşhur edir, uşaqlarıma bir çörək pulu belə mənə vermirdi. Bu günə qədər verilişlərə belə məni dəvət etmək istəyən aparıcılara” Nuridəni çağırma” deyir.

Üzümə hansı üzlə çıxacaq, birdən xalqın qarşısında rəzil edərəm deyə. Nə qazandı sizcə,paradan başqa, dostlar? Sadəcə “Neylərsən” mahnısının sözləri ilə mən xalqımın ürəyində əbədi taxt qurmadımmı? Kim yıxa biləcək bu taxtı? O qədər açacağım faktlar var ki sizə, DOSTLAR! Siz burda, mən burda, vaxtımız bol, bolllll....".

Ləman

MİA.AZ