İsrailin Qəzzaya hücumlarında ölən mülki şəxslərin sayı artıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Qəzzadakı Səhiyyə İdarəsinin sözçüsü Əşrəf əl-Qudra mətbuat konfransında açıqlama verib.
O bildirib ki, son sutkada İsrailin zərbələri nəticəsində Qəzzada daha 297 nəfər mülki şəxs həlak olub: "Bununla da oktyabrın 8-dən bəri Qəzza ölənlərin sayı 17 min 997 nəfərə, yaralananların sayı isə 49 min 229-a yüksəlib".
Firudin Səfərli
MİA.AZ