Hizbullah Livanın cənubundan İsrailin 7 hərbi məntəqəsinə raket zərbəsi endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Hizbullah qruplaşması yayıb.
Məlumata görə, Cel el-Alem, Birket Rişe, Hunin, El-Abad, Zibdin, Ruveysat el-Alem və Yara hərbi məntəqələrinə idarə olunan raketlər və müvafiq silahlarla hücum olunub: "Bütün hədəflər tam dəqiqliklə vurulub, İsrail əsgərləri arasında ölən və yaralananlar var".
İsrail tərəfi hələlik bu açıqlamaya münasibət bildirməyib.
Xatırladaq ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 98 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
Bundan əlavə, toqquşmalar nəticəsində Livanda 23, İsraildə isə 5 mülki vətəndaş həyatını itirib.
Firudin Səfərli
MİA.AZ