"ABŞ səfirliyinə hücum terror aktıdır"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ABŞ-ın Bağdaddakı səfirliyinə bu gün səhər baş verən raket hücumuna münasibət bildirərkən deyib.

O bildirib ki, diplomatik missiyaların hədəfə alınmasına heç bir bəraət qazandırmaq olmaz: "Bu biabırçı hərəkətlərin arxasında hansı ittihamlar dayansa da, onlara heç bir şəraitdə haqq qazandırmaq və qəbul etmək olmaz. Bu cinayəti törədənlər İraqın sabitliyini və təhlükəsizliyini hədəfə alırlar. Bu qeyri-qanuni qruplar heç bir şəkildə İraq xalqının və hökumətinin iradəsini əks etdirmir".

Xatırladaq ki, paytaxt Bağdadda "Yaşıl Zona"da yerləşən ABŞ səfirliyinə səhər saatlarında raketlər atılıb.

Samir Musayev

MİA.AZ