Prezident Ərdoğan Yunanıstanın baş naziri Miçotakisə Fələstin böhranından bəhs edən “İşğal olunmuş Fələstinin ədalətli davasında Türkiyənin sülh diplomatiyası” adlı üç dildə hazırlanan kitabları hədiyyə verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qəzzada yaşanan faciəni bütün dünyaya çatdırmağı hədəfləyən kitab Türkiyənin daxili və xaricdə sülhün bərqərar olması üçün göstərdiyi səyləri və diplomatik təşəbbüslərindən bəhs edir.

3 dildə hazırlanan kitabda İsrailin bombaladığı xəstəxanalar, təhsil ocaqları, dini binalar, tarixi yerlər və beynəlxalq təşkilatlara aid yerlərin görüntüləri də yer alıb.

Tahir Şəlvəli

MİA.AZ