İraqın şimalındakı Mosul şəhərini nəzarətə götürən "İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror təşkilatının silahlıları təxminən 900 nəfərlik qüvvə ilə Türkiyənin bu şəhərdəki Baş Konsulluğunun binasını ələ keçirməsi, baş konsul Öztürk Yılmaz və digər diplomatları girov götürdüyü xəbərinin ardınca indi də digər müdhiş xəbər yayıldı. Belə ki İraqın Mosul şəhərinin Geyara bölgəsindəki elektrik stansiyasında çalışan 31 türk vətəndaşı İŞİD terrorçu qruplaşmasının üzvləri tərəfindən əsir alındığı xəbəri də artıq Türkiyə mediasında yayılıb.
Xatırladaq ki bu hadisə İran prezidenti Həsən Ruhaninin Türkiyəyə səfəri əsnasında baş verib. İki müsəlman dövlətinin qarşılıqlı münasibətlərə can atmasını, görünür, həzm edə bilməyən Qərb İraqda Türkiyəyə dərs vermək fikrinə düşüb. Mosulda Türkiyə konsulluğunun İŞİD terrorçuları tərəfindən əsir götürülməsi Qərbin Türkiyəyə "İranla münasibətlərdə dur!” mesajıdır.
Birlik İnformasiya Mərkəzinin analitik şöbəsi
Birlik.az