İran Fars körfəzində 2 tankeri qanunsuz yanacaq daşımada ittiham edərək saxlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Fars körfəzində 4 milyon 580 min litr qaçaq yanacaq daşıyan 2 tanker İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələri Komandanlığı tərəfindən saxlanılaraq limana aparılıb: "Biri 2 milyon 280 min litr qaçaq yanacaq daşıyan 13 nəfərlik xarici heyətlə, digəri isə 21 nəfərlik ekipajla 2 milyon 300 min litr qaçaq yanacaq daşıyan iki tanker ölkənin cənubunda - Fars körfəzindəki Əbu Musa adası yaxınlığında həbs edilib. Hazırda istintaq gedir".
Samir Musayev
MİA.AZ