İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 17 nəqliyyat vasitəsi satılıb.

Mia.az xəbər verir ki, “Hyundai Getz” markalı avtomobilin start qiyməti 1 530 manat olsa da, ən son təklif 10 000 manata yüksəlib. İlkin qiyməti 900 manat olan “Traktor MTZ” isə 6 000 manata özəlləşdirilib. Hərracdan dövlət büdcəsinə 92 074 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/36wUWg linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar dekabrın 12-də, 19-da və 21-də keçiriləcək. Hərraclara 130 nəqliyyat vasitəsi çıxarılacaq. Bu əmlaklar arasında gəmi də var.