Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az Report-a istiandla xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə ittiham aktı elan olunub, zərərçəkmişlər dindirilib.

Təqsirləndirilən şəxs Tofiq Həsənov məhkəməyə ərizə ilə müraciət edərək iclasa video-konfrans formasında qatılıb.

Digər şahidlərin dindirilməsi üçün məhkəmədə dekabrın 19-u saat 10:00-dək fasilə elan edilib.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.