Türkiyədə "Dənizbank"ın şöbə müdiri Seçil Erzanın futbol dünyasında "Fatih Terim Fond" kimi tanınan qondarma qurum adıyla məşhur futrbolçuların milyonlarla dollarını mənimsəməsi iddiası ətrafında səs-küylü məhkəmə prosesi gedir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qalmaqllı xəbərlər fonunda "Qalatasaray"ın keçmiş futbolçu Semih Kayanın bankir qadını  döyərək, hədə yolu ilə pulunu aldığı iddia edilib.

Lakin Türkiyənin günlərdir danışdığı maliyyə fırıldaqlarının ən diqqət çəkən adlarından olan keçmiş futbolçu Semih Kaya jurnalist Nevşin Mengünün YouTube kanalında ona qarşı irəli sürülən iddialara cavab verib. O, haqqındakı iddiaları təkzib edib: "Mən qətiyyən belə bir şey etməmişəm. Məndə dəlil var. Vostsap yazışmamız var (Həmin yazışmanı göstərir - Mia.az). Erzana zorakılıq etməyim də, pulumu almağım da yalandır".

Semih Kaya qeyd eidb ki, o, ailəlidir və hər yerə arvadı ilə gedir: "Mən ailəliyəm. həyat yoldaşım var. Məni tanıyanlar yaxşı bilir. Həyat yoldaşım olmadan heç yerə getmirəm. Xüsusilə də o adam xanımdırsa, tək getməməyə çalışıram. Yəni Seçilə qarşı zor tətbiqi etməyim doğru deyil. Niyə zorakılıq etməliyəm? Mən heç nə etməmişəm. Məndə sübut var. Məni qadınlara qarşı zorakılıqda ittiham etməsinlər".

Semih Kayanın vəkili Ahmet Kurutluoğlu Kaya ilə Ərzan arasındakı WhatsApp yazışmasını göstərərək "Onu döyən şəxsə abimcim" deyə müraciət edir. Bu, onun pulunu almadığının və döymədiyinin sübutudur. Düşünmürəm, bundan da önəmli bir sənəd olsun", - deyib.

Firudin Səfərli

MİA.AZ