"Qəzzada baş verənlər müharibə cinayətidir".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransı çərçivəsində Dubayda keçirilən Dünya İqlim Fəaliyyəti Sammitində çıxışında deyib.
Ərdoğan bildirib ki, günahkarlar beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Tahir Şəlvəli
MİA.AZ