Suriyada daha 2 terrorçu zərərsizləşdirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində 2 PKK/YPG terrorçusu məhv edilib: "Terrorçuların hücum cəhdlərini cavabsız qoymuruq. Suriyanın şimalında Fərat Qalxanı bölgəsinə hücuma hazırlaşdıqları təsbit edilən 2 PKK/YPG terrorçusu əməliyyat zamanı zərərsizləşdirilib".

Tahir Şəlvəli

MİA.AZ