"Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, qanun layihəsinə edilmiş əlavə də dəyişiklikləri Komitənin sədri Tahir Mirkişili təqdim edib.

"Sənədin 15.6-cı maddəsində "müvafiq bazarın sərhədlərinin" ifadəsi "müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin" ifadəsi ilə əvəz edilir. Bu da çox önəmli dəyişiklikdir", - deyə o qeyd edib.

Müzakirədən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyyə edilib.

Rəqabət Məcəlləsi qəbul edildikdən təxminən 6 ay sonra, yəni 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.