OPEC Braziliyanın 2024-cü il yanvarın 1-dən etibarən OPEC+ alyansına qoşulacağını açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə 13 üc ölkənin birləşdiyi OPEC və Rusiyanın liderlk elədiyi OPEC-ə daxil olmayan 10 neft hasil edən ölkənin energetika və neft nazirlərinin bazar şərtlərini qiymətləndirmək üçün onlayn rejimdə keçirdiyi görüşdən sonra açıqlama verilib.
OPEC-dən verilən məlumata görə, 2024-cü ilin yanvar ayından etibarən OPEC+ ittifaqına daxil olacaq Braziliyanın Mədən və Energetika naziri Aleksandr Silveyra bugünki toplantıya qatıllb və müzakirələrdə onun təmsil etdiyi ölkınin ittifaqa üzvlük məsələsi razılaşdırılıb.
Açıqlamada daha sonra qeyd olunub ki, toplantıda neft bazarının sabit və tarazlı təmin edilməsinə dair davamlı öhdəlikləri təsdiqlənib.
Bundan əlavə, Anqola, Konqo və Nigeriyanın gələcək ilki istehsal səviyyəsi yenidən müzakirə olunub: "Bəzi üzv ölkələr gündəlik 2,2 milyon barrel əlavə hasilatı könüllü olaraq azaldacaqlarını bildiriblər. Müvafiq olaraq, gələn ilin birinci rübündə Səudiyyə Ərəbistanı gündəlik 1 milyon barel, İraq 223 min barel, Birləşmiş Ərəb Əmirlikləri 163 min barrel, Küveyt 135 min barrel, Qazaxıstan 82 min barrel, Əlcəzair 51 min barrel, Oman 42 min barrel hasilatı azaltmağa razılıq verib.
Rusiya isə aprel ayından bəri həyata keçirdiyi gündəlik 500 min barrel könüllü azaltamını gələn ilin birinci rübündə də davam etdirəcək...".
Sonda isə OPEC və OPEC-dən kənar neft ölkələri nazirləri 37-ci görüşünün 2024-cü il iyunun 1-də Vyanada keçirilməsinə razılaşıblar.
Lamiyə Əhmədli
MİA.AZ