Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan İsraildə səfərdədir.
Mia.az xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Kərim Xan oktyabrın 7-də baş vermiş hücumlardan sağ qalanların və qurbanların ailələrinin xahişi ilə İsrailə gəlib”, - məlumatda qeyd olunub.
O, daha sonra Ramallaha səfər edəcək və orada Fələstin rəsmiləri ilə görüşəcək(Report)