İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbs əməliyyatlaırnı davam etdirir

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi günlük məlumat yayıb.

Məlumatda deyilir ki, son sutkada İsrail qüvvələri Şərqi Qüds və İordan çayının qərb sahilinin bir çox bölgəsində fələstinlilərin evlərinə çoxsaylı basqınlar həyata keçirib: "Nəticədə daha 40 fələstinli saxlanılıb. Bununla da oktyabrın 7-dən bu yana İsrail ordusunun İordan çayının qərb sahilində və Şərqi Qüdsdə nəzarətində saxladığı fələstinlilərin sayı 3365-ə çatıb".

Firudin Səfərli

MİA.AZ