“Finlandiya Rusiya ilə bütün sərhəd qapılarını bağlayır”.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bugünki mətbuat konfransında deyib.
Onun sözərinə görə, Finlandiyanın Rusiya ilə sərhəd qapılarını bağlamaq barədə Moskvaya xəbərdarlıq edib: "Finlandiyanın Moskvadakı səfirliyindən bu mövzuda nota almışıq. Bu nota ilə Rusiya tərəfinə şimal sərhəd qapısının noyabrın 30-da bağlanacağı bildirilib. Bu tədbirlər dekabrın 14-dək davam edəcək".
Lamiyə Əhmədli
MİA.AZ