Türkiyənin milli valyutası dəyər itirməkdə davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün sat 12.20-yə olan rəsmi məlumata görə, dollar, avro və qızılın dəyəri kəskin yüksəlib.
Məlumata görə, hazırda bir dollar 28,95 lirə, avro 31,94 lirəyə dəyişdirilir. Qızılın qramı isə tarixi rekord qiymətə - 1907 lirəyə satılır.
Qeyd edək ki, dünən qızıl 1882 lirədən satışda olub.
İddialara görə, lirə dəyər itirməyə, qızıl isə hələ bahalaşmaya davam edəcək
Lamiyə Əhmədli
MİA.AZ