ABŞ-a məxsus hərbi təyyarə Yaponiyanın Yakusima adası yaxınlığında okeana düşüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan məlumatı ABŞ Müdafiə Nazirliyi təsdiqləyib.
Bildirilib ki, təyyarədə 8 nəfər olub: "Hazırda qəza ilə bağlı araşdırma gedir".
Yaponiya Sahil Mühafizəsi İdarəsi də açıqlama yayaraq, yerli vaxtla saat 14:47 radələrində göyərtəsində 8 nəfərin olduğu ABŞ-a məxsus hərbi təyyarənin okeana düşdüyünü bəyan edib: "Təyyarədə olanların taleyi barədə məlumatlı deyilik".
Firudin SƏFƏRLİ
MİA.AZ