"Daha 11 israilli əsiri "Qırmızı Xaç"a təhvil verdik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb.
Bildirilib ki, az əvvəl daha 11 israilli əsiri sərbəst buraxıblar: "Biz onları ölkələrinə qaytarılmaq üçün "Qırmızı Xaç" rəsmilərinə təhvil verdik".
Xatırladaq ki, İsrail və Həmas arasında müvəqqəti atəşkəs müddəti 2 gün daha uzadılıb.
Tahir Şəlvəli
MİA.AZ