ABŞ-da fələstinli tələbələr silahlı hücuma məruz qalıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Burlinqtonq şəhərinin polisiməlumatı təsdiqləyib.
Bildirilib ki, dünən axşam saatlarında baş verən silahlı hücumla bağlı məlumatlar araşdırılır: "Hadisə yerində 3 universitet tələbəsi yaralanıb. Onlar "Vermont Medical" Hospitala yerləşdirilib, hazırda durumları yaxşıdır".
Xəbərdə deyilir ki, güllələnən tələbələr Hişam Avartani, Kinnan Abdel Həmid və Tahseen Əhməddir.
ABŞ-ın ən böyük müsəlman cəmiyyəti təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası hadisə ilə bağlı bəyanat yayaraq, cinayəti törədənlərin cəzalandırılmasını tələb edib: "Biz eyni zamanda, cinayətkarların şəxsiyyəti barədə polisə məlumat verən şəxsə 10 min dollar mükafat verəcəyimizi bəyan edirik".
Firudin Səfərli
MİA.AZ