Türkiyədə güclü yağışla bərabər baş verən sel, daşqın, tufan bəzi şəhərlərdə ölüm və böyük dağıntılara səbəb olub.
Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, yaşanan təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Bu barədə AFAD-dan verilən açıqlamaya görə, Sinopun Erfelek rayonunda fırtına nəticəsində çökən binada bir nəfər, Konyada isə çökən tövlədə daha bir nəfər dağıntılar altında qalaraq ölüb: "Bundan əlavə, fırtına Ankarada hərbi hissədə də dağıntılar yaradıb, nəticədə 4 əsgər yaralanıb, digər bölgələrdə isə ümumilikdə 6 yaralı var...".
AFAD-dan bildirilib ki, ümumilikdə 10 nəfər yaralanıb.
Lamiyə Əhmədli
MİA.AZ