İsrail hərbçisi İordan çayının qərb sahilində fələstinli yeniyetməyə atəş açıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama verib.
Bildirilib ki, İsrail hərbçisi Aqaba Cabr Qaçqınlar Düşərgəsində 22 yaşlı Məhəmməd əl-Hənaviyə atəş açaraq onu öldürüb: "İsrail atəşkəs anlaşmasına əməl etmir...".
Nazirliyin məlumatına görə, bununla da oktyabrın 7-dən bəri Qəzzadan kənarda yerləşən işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə öldürülən fələstinlilərin sayı 230-a yüksəlib.
Zülfiyyə
MİA.AZ