PSJ klubunun keçmiş klub həkimi 2017-ci ildə komandaya transfer olunan məşhur brazilyalı futbolçu Neymarın haqqında sensasiyalı məlumat paylaşıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubun keçmiş həkimi 2017-ci ildə 222 milyon avroya PSJ-yə transfer edilən Neymarın zədəli gəldiyini deyib: "Bəli, o, transfer olunanda zədəli idi. Biz yoxlanışdan keçirəndə, onun ayağında indiki zədəyə yaxın zədəsi vardı. Lakin o vaxt transfer səs-küyünün başgicələnməsi klub rəhbərliyini elə hala salmışdı ki, bu barədə xəbərdarlığımıza əhəmiyyət verilmədi. O səbəbdən onu əməliyyat edə bilmədik".
Xatırladaq ki, Neymar Fransa komandasında 173 rəsmi oyunda 118 qol vurub, 77 məhsuldar ötürmə verib.
Fərid
Mia.az