Brazilya mafiyası "Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Kolumbiya - Braziliya yığmaları arasında oyunda baş verən hadisə olub.
Belə ki, "Qalatasaray"ın kolumbiyalı oyunçusu Davinson Sançes 27-ci dəqiqədə brazilyalı Vinisius Juniora qarşı kobud oynayıb.
Nəticədə Vinisius Junior zədələnərək 27-ci dəqiqədə oyunu tərk edib. Onun Neymar kimi uzun müddət futboldan kənar qalacağı xəbəri isə brazilaylı mafiyaları hərəkətləndirib.
İddiaya görə, cinayətkar təşkilatlar açıq formada "Qalatasaray" oyunçusunu kobud oyununa görə sıradan çıxarılmış brazilyalı futbolçunun qisasını alacaqları ilə hədələyibər.
Qeyd edək ki, bu oyunda Kolunmbiya 2-1 qalib gəlib.
Fərid
MİA.AZ