"Fənərbağça" yay transfer dönəmində satın almaq istədiyi bosniyalı Rade Kruniç üçün yenidən "Milan"la danışıqlar aparır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yayda futbolçunu satmağa razı olmayan "Milan" budəfəki təklifə müsbət yanaır.
Məlumata görə, İstanbul klubun bosniyalı hücumçusu Edin Dzeko bu prosesdə vasitəçi kimi çıxış edir: "O, həmyerlisini İstanbula gəlməyə razı salıb".
"Fanatik"in məlumatına görə, "Fənərbağça" gələn ay "Milan"la rəsmi danışıqlarını elan edəcək: "Transfer pəncərəsi açılan kimi danışıqlar rəsmi səviyyəyə qalxacaq. Hazırda İstanbil klubu transfer məbləğini 7-8 milyon avro aralığına endirməyə çalışır"
Fərid
MİA.AZ