2026-cı il Dünya Çempionatının Afrika seçmə mərhələsinin oyunu zamanı sierra-leoneli azarkeş meydana daxil olaraq Misir yığmasında çıxış edən Məhəmməd Salaha hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Liverpul"un məşhur qolçusu oyunun sonuna yaxın meydanda yaranan gərginlikdən sonra azarkeşlərin hədəfindən hərbçilərin köməyi ilə yayına bilib.
Məlumata görə, Salah əsgərlərin müşayiəti ilə meydanı tərk edib.
Xatırladaq ki, oyunda Misir 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu "Trabzonspor"da çıxış edən Trezeqe vurub.
Fərid
MİA.AZ