"Beşiktaş" prezidenti Əhməd Nur Çəbi Beyaz TV ekranlarında gündəmlə bağlı sualları cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Fənərbağça"nın transfert elədiyi Tadiç və Djiku haqqında suala gözlənilməz cavab verib: "Baş məşqçimiz Şenol Günəş həmin vaxt israrla Hoca Onananı istədi. Djiku və Tadiçi istəmədi. Açıq dedi ki, istədiyim oyunçular deyil. Tadiçlə demək olar ki, sona çatmışdıq. Məcbur geri çəkildik".
Abubakarın zədəsi ilə bağlı danışan Çebi deyib ki, o, həqiqətən zədəlidir: "Zədəli oyunçunu oynatsan, daha böyük problemlər olacaq. 1-2 matç oynaya bilərsən, amma sonrakı dövr problem yaradacaq. O, Afrikadan bura virusa yoluxmuş gəldi, daha sonra məşqdə isinmə zamanı zədələndi. Yəni, bəzilərinin iddiasının əksinə olaraq, onunla bağlı hər hansı bir gizlin yoxdur. Onunla yaxın dostluğum, qardaşlığım var".
Fərid
MİA.AZ