Ürək ritminin pozulması diaqnozu qoyulan 21 yaşlı isveçli idmançı Emilia Brangefalt canına qıyıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, uzun məsafəli qaçışçı Emilla 2022-də Dünya Çempionatında bürünc medal qazanıb. Biu il isə dünya çempionatında beşinci olub, lakin bu yaxınlarda çox yüksək ürək döyüntüsü diaqnozu qoyulduqdan sonra idmana ara verməli olub.

Sonuncu dəfə, daha dəqiqi, noyabrın 4-də İnstaqram hesabında paylaşımında Brangefalt idmandan uzaq olduğu üçün yaşadığı stressin ona əzab verdiyini bildirib: "Sadəcə yerimək, qaça bilməmək mənə çox əzab verir, Dözəmmirəm, artıq. Xəstəxanaya getdim və 20-dən qan test verdim, hamıı normalıdır. Ancaq idmandan kənarda qaldığım üçün stressdən xilas ola bilmirəm".

İsveç Atletika Federasiyası idmançının ölümü ilə başsağlığı verib və onun itkisini ölkə adına ağır sayıb.

Fərid

MİA.AZ