ABŞ-da çəkimi davam edən "Fəryad 7" filmində rol alan meksikalı aktrisa və müğənni Melissa Barrera Qəzzaya dəstək mesajı paylaşdığı üçün heyətdən uzaqlaşdırılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Melissa Barrera sosial şəbəkədə İsrailin Qəzzada su, elektrik və digər zəruri mənbələri kəsərək, fələstinlilərə zülmünü pisləyib: "...İnsanlar tariximizdən heç nə öyrənməyiblər. Və dəhşət budur ki, dünya hələ də bütün bu baş verənləri səssizcə izləyir. Orada yaşananlar isə soyqırım və etnik təmizləmədir".
Məşhur aktrisa məhz bu paylaşımdan sonra filmin heyətindən uzaqlaşdırılıb.
Filmin rejissoru bildirib ki, aktrisa qeyd olunan paylaşımı ilə nifrət aşılayıb: "Biz nifrətin qızışdırılmasına, o cümlədən soyqırım, etnik təmizləmə, Holokostun təhrifinə dözüm göstərə bilmərik".
Ləman
MİA.AZ