Azərbaycanda avtomobil satışı şirkətləri tərəfindən müştərilərin hüquqlarının pozulması davm edir.
FED.az xəbər verir ki, ölkəmizdə «Chevrolet», «Baic» və «Jak» avtomobillərinin satışını həyata keçirən “İdeal Motors” MMC şirkəti müştəriyə istehsal qısuru olan avtomobil satıb, onun təmirini ləngidib, müştəri avtomobili qaytarmaq istədikdə isə bundan imtina edib və bununla da ölkə qanunvericiliyini pozub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, 2023-cü ilin əvvəlində “İdeal Motors”ın müştəriyə satdığı avtomobildə istehsal qüsuru aşkar edilib.
Avtomobilin təmiri qərara alınsa da, təmir üçün sifariş edilmiş ehtiyat hissələrinin çatdırılmaması səbəbindən uzun müddət təmir həyata keçirilməyib. Müştəri bununla bağlı malın qaytarılmasını tələb etdikdə isə, tələbi yerinə yetirməyib.
Dövlət xidməti bu hərəkətə görə, aprel ayında “İdeal Motors”u İnzibati Xətalar Məcəlləsinin 444.2 maddəəsi ilə cərimələyib (600-900 manat) və ona qüsurlu malı geri qaytarmaq barədə göstəriş verib.
“İdeal Motors” MMC bu göstərişi yerinə yetirməyib və nəticədə Xidmət yenidən işə qarışmalı olub. Bu dəfə “İdeal Motors” artıq Xidmətin yazılı tələbini yerinə yetirmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 544.2 bəndi ilə 4-5 min manat məbləğində cərimə edilib.
Xatırldaq ki, «İdeal Motors» MMC 28.11.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hazırda “İdeal Motors” MMC “Performance Center” şirkətinin rəsmi dileridir. Bu şirkət əsasən “Chevrolet”, “Baic” və “Jak” avtomobillərinin satışını həyata keçirir.