Hizbullah İsrailin hərbi zavodunu vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Hizbullah" məlumat yayıb.

Bildirilib ki, İsrailin hərbi fabrikinə və iki hərbi məntəqəsinə zərbə endirilib: "Livanın Nəbatiya vilayətinin Kefur bölgəsindəki alüminium fabrikinə hücumuna cavab olaraq, İsrailin Şlomi bölgəsində yerləşən müdafiə sənayesi şirkəti olan fabriki raketlərlə sıradan çıxardıq. Zərbələrimizdən sonra fabrikdə yanğın olub...".

Firudin Səfərli

MİA.AZ