"Gələn il gündəlik neft hasilatımızı 4 milyon barelə çatdırmağa çalışırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın neft naziri Cavad Ovci deyib.

Onun sözlərinə görə, ölkəsi 163 milyard barel neft ehtiyatına malikdir: "Mən nazir təyin olunanda neft hasilatının gündəlik 2 milyon 100 min barel idisə, bu gün 3 milyon 400 min barelə yüksəlib. Gələn il isə bu rəqəmi 4 milyon barelə çatdıracağıq".

Xatırladaq ki, ABŞ Prezident Donald Tramp 2018-ci ildə İrana qarşı iqtisadi sanksiyaları artırıb və neft satışlarını məhdudlaşdırıb.

İran Neft Nazirliyinin statistikasına görə, 2018-ci ilin aprel ayında, yəni, nüvə sazişindən çıxmazdan əvvəl gündəlik 3,8 milyon barel xam neft və kondensat hasil edən Tehran bunun 2,8 milyon barelini ixrac edirdi: "İndisə gündəlik neft ixracı 1 milyon 400 min barel civarındadır".

Lamiyə

MİA.AZ