Livanda yerləşən "Hizbullah" qruplaşması İsrailin şimalında əsgərlərin yerləşdiyi evə raket zərbəsi endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı "Hizbullah" yerli mətbuata açıqlayıb.
Açıqlamada sözügedən evin “uyğun silahlarla” vurulduğu iddia olunub.
Məlumatda o da deyilir ki, İsraillə savaşda daha bir üzvləri həlak olub: "Hizbullah üzvü Əli Məhəmməd Məzi Qüds yolunda həyatını itirib...".
İsrail ordusu faktı təsdiqləyib və əlavə edib ki, Hizbullahın 3 ədəd tank əleyhinə raket hücumuna qaşrı adekvat cavab verilib: "Atəş nöqtələri dərhal məhv edilib".
Tahir Şəlvəli
MİA.AZ