"72 saat ərzində 60 İsrail hərbi maşınını məhv etdik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Qəzzada HƏMAS-a bağlı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde məlumat yayıb.
HƏMAS rəsmisi "Əl-Cəzirə" televiziyasına bildirib ki, son 72 saat ərzində 60 İsrail hərbi maşını səradan çıxarılıb: "Bundan başqa, İsrail hərbçilərini daşıyan hərbi maşın da vurulub".
İsrail ordusunun məlumatına görə, oktyabrın 27-dən etibarən Qəzzada baş verən qarşıdurmalarda həlak olan İsrail əsgərlərinin sayı 66-ya yüksəlib.
Tahir
MİA.AZ